Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İki variant var: ya Qasparyan Paşinyanı həbs edəcək, ya da Paşinyan onu...”
Nikol Paşinyan və David Tonayan

Ermənistanda baş nazir Nikol Paşinyanla silahlı qüvvələrin (daha doğrusu onun qalıqlarının) Baş qərargah rəisi, general Onik Qasparyan arasında indiki qarşıdurmadan iki çıxış yolu var. Bunlardan biri odur ki, ya Onik Qasparyan həbs olunacaq, ya da Nikol Paşinyan.

Virtualaz.org xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan bildirib. “Digər variant yoxdur və qərar hələ də general-polkovnik Onik Qasparyanın əlindədir”,-o deyib.

Xəbər verildiyi kimi Onik Qasparyan Baş qərargahın bir sıra zabitləri və korpus komandirləri ilə birlikdə bəyanat imzalayaraq Paşinyanın dərhal istefa verməsini tələb edib. Əvəzində Paşinyan onun vəzifədən azad edilməsi haqda təqdimatı prezidentə göndərib. Prezident Armen Sərkisyan təqdimatı imzalamayıb, eyni zamanda onun ləğvi üçün Konstitusiya Məhkəməsinə də müraciət etməyib. Nəticədə Qasparyan hələ vəzifəsində qalır və Paşinyan onu zərərsizləşdirməyin yollarını axtarır.

Müxalifət isə Qasparyanı müdafiə etmək üçün kütləvi aksiyalar keçirsə də gözlənilən izdiham-kritik kütlə toplamaq mümkün olmayıb. Bu da Paşinyanın ordunun təhdidlərini də neytrallaşdıra biləcəyinə dair qənaətin yaranmasına səbəb olub, hansı ki, Baş qərargahın qiyam qaldırmasından sonra onun daha hakimiyyətdə duruş gətirə bilməyəcəyi deyilirdi.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »