Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"

Martın 5-də İstanbulda 27-ci Ağır Cəza Məhkəməsində azərbaycanlı iş adamı Mübariz Mənsimova haqqında hökm elan edilməmişdən əvvəl ona soz söz emək imkanı yaradılıb.

Bizimyol.info xəbər verir ki, Mübariz Mənsimov son sözündə FETÖ-ya (Fətullah Gülən Terror Örgütü) üzvlük və bu şəbəkəyə yardımla bağlı ittihamı rədd edib. Məhkəmədən onun haqqında bəraət hökmü çıxarılmasını istəyib.

“Mən bir daha əminliklə bəyan edirəm, heç vaxt heç bir terror təşkilatına nə mənəvi, nə də maddi yardım etməmişəm. Mən bəraətimi istəyirəm, cənab hakim! FETO kimi alçaq köpəklərə bir qəpik də yardım etməmişəm, etmərəm də. Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm. Bunların hamısının sübutu var. Xahiş edirəm, arxanızda yazılan “Ədalət mülkün təməlidir” cümləsinin bu gün mənim işimdə əksini tapmasını, ədalətin yerinin bərqərar olmasını təmin edəsiniz...”, - iş adamı son sözündə belə deyib.

Onun çıxışından sonra müşavirə edən hakim hökmü elan edib. Hökmə əsasən, Mübariz Mənsimov FETÖ-yə yardımda təqsirli hesab edərək, 5 il həbs cəzası kəsib. Amma məhkəmə cəzanın şərti hesab olunması və ev dustaqlığı şəraitində çəkilməsinə qərar verib.

2020-ci il martın 15-dən həbsdə olan Mübariz Mənsimov məhkəmə zalından azadlığa buraxılıb.

Son xəbərlər
Bütün xəbərlər »