Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Binəqədidə "Kamaz" "07"-nin üstünə aşdı: Ağır yaralılar var — VİDEO
"Kamaz" markalı yük avtomobili "VAZ-2107"-nin üzərinə aşıb.

Hadisə Binəqədi rayonunda "Qrand" marketin qarşısında qeydə alınıb.

1993-cü il təvəllüdlü Həsənov Tural Alim oğlunun idarə etdiyi "Kamaz" markalı yük avtomobili hərəkətdə olarkən "90-NS-989" dövlət qeydiyyat nişanlı, "VAZ-2107" markalı avtomobil yük avtomobilinin qarşısında qəfil dönmə əməliyyatı ilə əyləc sistemindən istifadə edib. Nəticədə yük avtomobilinin yük bortu "VAZ 2107" markalı avtomobilin üstünə aşıb.

Hadisə zamanı "VAZ 2107" markalı avtomobildə olan 3 nəfər ağır bədən xəsarətləri alıb.

Qəza ilə bağlı hadisənin baş verdiyi yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından “Ölkə.Az”a bildirdilrə ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yaralıların vəziyyətilə və kimliyilə bağlı isə açıqlama verilməyib.

Son xəbərlər
Bütün xəbərlər »