Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident: "Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir və bu islahatların çox böyük əhəmiyyəti var"
İlham Əliyev
"Son 3 il ərzində prezident və parlament seçkiləri keçirilib. Prezident və parlament seçkilərinin ölkəmizin müasir həyatında xüsusi yeri var. Xüsusilə nəzərə alsaq ki, prezident və parlament seçkilərində ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir və biz görürük, gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bizim təşəbbüslərimizin, islahatlarımızın böyük rolu var".

Bizimyol.info xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında söyləyib.

Dövlətimizin başçısı deyib: “Prezident seçkilərindən sonra bəyan etdiyim proqram icra edilir və ardıcıllıqla biz öz hədəflərimizə çatırıq. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzn bərpasını mən birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq. Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə də açıq-aydın hədəflər qarşımıza qoyuldu və biz ardıcıllıqla və məqsədyönlü şəkildə bu hədəflərə çatırıq”.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Arutunyanın Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Türk dövlətlərinin ortaq dili nə olmalıdır...
Son xəbərlər
Bütün xəbərlər »