Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"

Azərbaycanlı iş adamı Mübariz Mənsimov ev dustaqlığına buraxılıb. İstanbul Ağır Cinayətlər Məhkəməsi belə qərar verib.

Bizimyol.info xəbər verir ki, məhkəmə İstanbul Prokurorluğunun təqdimatını təmin edib, iş adamı haqda həbs qətimkan tədbiri dəyişdirilib. “Palmali” şirkətlər qrupunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fidan Quliyeva da xəbəri təsdiqləyib.

Bugünkü məhkəmə iclasında bir nəfər şahid də dindirilib. Mübariz Mənsimov ev dustaqlığında ola-ola onun məhkəməsi davam edəcək.

Məhkəmə iclasından sonra Mübariz Mənsimovun bacısı Zərnişan Fərəczadə qardaşını dəstəkləyən hər kəsə təşəkkür edib. O, ədalətin gec də olsa, yerini tapdığını deyib: “Çörəyini yeyib ona pislik edənlər oldu. Məhkəmədə hər şey göründü. İndi çox sevinirəm ki, Mübariz azadlığa çıxır”.

Prokurorluğun təqdimatında göstərilmişdi ki, məhkəmə prosesinin gəldiyi mərhələni, verilən ittiham üzrə nəzərdə tutulan cəzanı, həbsdə olduğu müddəti, bundan əvvəl cinayətə görə şübhəli və ya təqsirləndirilən şəxs olmamasını nəzərə alaraq, onun barəsində həbsqətimkan tədbirinin dəyişdirilməsi məqsədəuyğun hesab edilir.

Azərbaycanlı iş adamına qarşı FETÖ/PYD terror təşkilatına üzv olmaq ittihamı irəli sürülmüşdü. Mənsimov yanvarın 13-də baş tutan son məhkəmə iclasında ittihamları rədd etmişdi: “Mən heç vaxt FETÖ-çü (Fətullah Gülən Terror Örgütü) olmadım, deyiləm, ola da bilmərəm. Həbsdən buraxılmağımı istəyirəm. Mən heç zaman dövlətin iradəsinə zidd addım atmamışam. Tam əksinə, bütün şirkətlərimi Türkiyəyə gətirmişəm. Mənim 10 aydır həbsdə saxlanmağım şirkətimi müflis olmaq həddinə çatdırıb. O gəmilərdə qalan gəmiçilərin nə günahı var? Onlar maaş ala bilmir, ailələri pis vəziyyətdədir. Orada işləyən azərbaycanlılar və türklərdir...”

Türkiyə vətəndaşı olan Mübariz Mənsimov 2020-ci il martın 15-dən həbsdə idi.

Son xəbərlər
Bütün xəbərlər »