Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Qarabağda İranla sərhəd postu açır
Azərbaycan Qarabağda İranla sərhəd postu açır

Azərbaycanın işgaldan azad edilmiş ərazilərdə gömrük postları təşkil ediləcək.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə bildirib ki, hazırda layihə üzrə işlər və danışıqlar gedir. O qeyd edib ki, işğaldan azad edimiş ərazilərdə ən vacib məsələlərdən biri də tranzit əlaqələrin qurulmasıdır.

Həmçinin S. Mehdiyev bildirib ki, İran tərəfindən Azərbaycan gömrük xidmətinə yeni gömrük postunun açılması ilə bağlı müraciət edilib: "Ola bilsin ki, orada da bir gömrük postu açılsın".

Bizimyol.info-ya açıqlaması zamanı Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib ki, növbəti gömrük postunun açılma ehtimalının səsləndirilməsi inkişaf edən əlaqələr fonunda mühüm əhəmiyyətə malikdir.

Tural İsmayılov Tural İsmayılov

“İran və Azərbaycan arasındakı münasibətlər getdikcə inkişaf edir. Xüsusən, Azərbaycan prezidenti tərəfindən 3+3 formatı da regionun əməkdaşlıq əhəmiyyətini bir daha ortaya qoyur. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra İranla sərhəd zolağımızın genişlənməsi, İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycanın vətən müharibəsindəki böyük qələbəsindən sonra regiona səfər etməsi, bu səfərə Azərbaycanla başlaması, sonda yenidən Azərbaycana qayıdaraq səfərini yekunlaşdırması Azərbaycan-İran əlaqələrinin bundan sonra növbəti bir məcraya daxil olduğunu göstərir. Ali Baş Komandan Zəngilana, Xudafərinə səfəri zamanı, 26 fevraldakı mətbuat konfransı zamanı və bundan başqa dəfələrlə İranı dost ölkə hesab edib. Bu baxımdan hesab edirəm ki, növbəti gömrük postunun açılma ehtimalının səsləndirilməsi inkişaf edən əlaqələr fonunda mühüm əhəmiyyətə malikdir. Qarabağda abadlıq və quruculuq işlərində İran şirkətləri də maraqlıdır”.

Tural İsmayılov onu da vurğulayıb ki, Ermənistanın necəki Rusiya ilə münasibətləri pisləşməyə doğru gedir, bundan sonra İranla da münasibətləri pisləşəcək.

“Eyni formada Ermənistanın müharibədə məğlub olması, son dövrlər ölkə daxilindəki siyasi xaos mühitinin hökm sürməsi İran sərmayədarları üçün oranı kənarda bir dövlət kimi dəyərləndirmək imkanını ortaya çıxardır. Çünki ölkədə siyasi sabitlik olmadığı üçün İran biznesmenləri və səhmdarları üçün Ermənistan heç bir formada cəlb edici ölkə deyil. Bu baxımdan İran-Ermənistan münasibətləri də Ermənistandakı daxili xaos fonunda gərginləşəcək. Çünki heç bir iqtisadi potensialı qalmayan, ölkədə xaos mühiti hökm sürən bir şəraitdə Ermənistanın hansısa regional layihələrdə iştirakı və qonşu dövlətlərdə iri miqyaslı hansısa sazişlər imzalaması gözlənilmir”,- deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »