Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
“Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri

“Nəhayət, Təl-Əvivdə də Azərbaycan səfirliyi açılmalıdır”.

Bu sözləri 44 günlük müharibədə əldə etdiyimiz qələbədən sonra kənar maneələrə baxmayaraq, İsraildə Azərbaycan səfirliyinin yaradılması vacibliyinə toxunarkən, sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov deyib.

Diplomat hesab edir ki, ölkəmiz bununla bağlı qərar verməkdə gecikib:

“Mövqeyim odur ki, İsraildə Azərbaycan səfirliyi açılmalıdır. Hətta deyərdim ki, bu addımı çoxdan atmalıydıq, gecikmişik. Kimin xoşuna gəlib-gəlməyəcəyi üçüncü dərəcəli məsələdir. Azərbaycan müstəqil ölkədir. Bu baxımdan da ölkəmiz xarici siyasətini öz bildiyi şəkildə qurmalıdır. Hazırda Yaxın Şərqdə müəyyən proseslər gedir. İsraillə bəzi ərəb ölkələri yaxınlaşmağa başlayıb, səfirliklər açırlar. Bu amil də əsas verir ki, Bakı nəhayət, yekun qərarını versin”.

Tofiq Zülfüqarov əvvəlki illərdə Azərbaycanın belə bir qərar verməsinə İranın maneəçilik törətdiyini də etiraf edib:

“İndi isə İsraildə səfirliyimizin açılmasına nəyin maneə olduğunu deyə bilmərəm. Çünki indiki halda proseslə bağlı dəqiq məlumata malik deyiləm. Amma bundan qabaq bəzi məqamlarda Azərbaycan tərəfdən İranın mövqeyi nəzərə alınırdı. Lakin onu da deyim ki, Azərbaycanın Təl-Əvivdə rəsmi olaraq səfirliyi olmasa da, əlaqələrimiz sürətlə inkişaf edir. Hətta İsrail tərəfi bəzi məqamlarda Azərbaycanın həmin mövqeyinə diqqətlə yanaşıb”.

Elçin

Sfera.az

Son xəbərlər
Bütün xəbərlər »