Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
YAP altı partiyanı özünə birləşdirib
YAP altı partiyanı özünə birləşdirib

Altı partiya Yeni Azərbaycan Partiyasına (YAP) qoşulub.

Bizimyol.info xəbər verir ki, YAP-ın bu gün keçirilən VII qurultayında bu barədə qərar qəbul edilib.

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayına Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının sədrləri dəvət olunublar.

Qeyd edək ki, bu partiyalar dünən YAP-a qoşulmaq barədə qərarlarını mətbuata açıqlamışdılar.

Son xəbərlər
Bütün xəbərlər »