Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda kvotalı iş yerlərinin sayı iki dəfədən çox artırılacaq
Azərbaycanda kvotalı iş yerlərinin sayı iki dəfədən çox artırılacaq

Azərbaycanda yaxın müddətdə əlillər və həssas kateqoriyadan olan digər şəxslər üçün kvotalı iş yerlərinin sayının artırılması üçün işlərə başlanılacaq.

Trend-in məlumatına görə, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, kvota əsasında işədüzəltməni nəzərdə tutan aktiv məşğulluq tədbiri var. Bu tədbir çətçivəsində ölkə üzrə 2800-ə yaxın kvotalı iş yeri mövcud idi:

"Lakin biz son aylar ərzində ölkə üzrə bütün işəgötürənlərin monitorinqini keçirdik. Müəyyən olundu ki, bizim kvota üzrə 6000-ə yaxın iş yerinin yaradılması imkanı var. Bu, o deməkdir ki, biz əlillərin və həssas kateroqirayadn olan digər şəxslərin işlə təmin edilməsi imkanlarını ən azı iki dəfədən çox artıra bilirik. Biz yaxın müddətdə bu prosesə başlayacayıq".

Son xəbərlər
Bütün xəbərlər »