Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Departamentinin keçmiş əməkdaşı Kapitoliyə basqın işi üzrə həbs edilib
Dövlət Departamentinin keçmiş əməkdaşı Kapitoliyə basqın işi üzrə həbs edilib

ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) Dövlət Departamentinin keçmiş əməkdaşı Federiko Klyaynı yanvarın 6-da Konqres binasında baş vermiş iğtişaşlarda iştirakda şübhəli bilərək həbs edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Politico” qəzeti FTB-nin rəsmi nümayəndəsi Samanta Şeroya istinadən məlumat verib.

S.Şero bildirib ki, Klyayn Virciniya ştatında saxlanılıb. Ona qarşı irəli sürülən ittihamların təfərrüatları açıqlanmayıb.

Qəzet yazır ki, Dövlət Departamentinin keçmiş əməkdaşının tutulması ABŞ-ın keçmiş prezidenti Donald Trampın təyin etdiyi şəxsin demokrat Cozef Baydenin qazandığı prezident seçkisinin nəticələrinin təsdiqlənməsinin qarşısını almaq cəhdi ilə əlaqədar cinayət təqibinə məruz qaldığı ilk məlum hadisədir.

“Klyayn 2016-cı ildə Trampın seçki kampaniyasında işləyib, ardından xüsusi köməkçi kimi Dövlət Departamenti işə götürülüb”, - “Politico” yazıb.

Həbs olunan şəxsin anası Sesilioya qəzetə müsahibəsində bildirib ki, bir neçə həftə əvvəl oğlu ilə 6 yanvar hadisələrini müzakirə edib. O da Klyaynın iğtişaşlar günü Vaşinqtonda olduğunu təsdiqləyib.

Son xəbərlər
Bütün xəbərlər »