Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar

Koronavirus infeksiyasına yoluxanların sayı Azərbaycanda sanki fərqli bir rejim üzrə  işləyir. Nə alınan qərarlar insanları məmnun edir, nə ortaya çıxan nəticələr  yüksək sayıla bilər.

Cüzi azalmayla dərhal məktəbləri açmaq nəyə lazım idi ki, indi artan yoluxma  sayı ilə növbəti sərt karantinin proqnozlarını verək? Onsuz da bir il ərzində təhsilə dəyən zərbə dəydi. Həftədə bir-iki gün  alayarımçıq dərsə getmək məcburiyyəti niyə bütün bir xalqı yenidən qapanmaya, bu da öz növbəsində iqtisadi zərbələrə məruz qoymalıdır? Cavabı Operativ Qərargah və Səhiyyə Nazirliyindən gözləsək də, məlum məsələdir ki, ala bilməyəcəyik. Çünki, əlahəzrətlər xalq olaraq bizi cavaba layiq görmürlər.

Azərbaycanda koronavirus infeksiyasının son günlər artması səbəbindən xüsusi karantin rejimi çərçivəsində bəzi məhdudiyyətlərin yenidən tətbiq ediləcəyi gözlənilir. Pravda.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi martın 13-nə təyin edilib. Brifinqdə yeni qərarlar açıqlanacaq.

Məlumata görə, məhdudiyyətlər daha çox martın 20-28-də qeyri-iş günlərini əhatə edə bilər. Həkim Müşfiq Hüseynov yenidən qapanma barədə gəzən xəbərlərə münasibət bildirərkən  öz etirazını Bizimyol.info-da səsləndirib.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

“Ölkədə kifayət qədər peyvənd preparatının olduğu deyilir. Yoxdursa, bu müddət ərzində alınmalıydı. Amma nədənsə peyvəndlənən insanların sayı hələlik ölkə əhalisinin 3 faizi qədər deyil. Xəstəliyin sayının artıb-azalmasının SMS icazə ilə əlaqəsi yoxdur. İsrail 1 həftəyə 1 milyon insan peyvəndləmişdi. 1 aylıq sakitlik dönəmində heç nə etməyən Operativ Qərargah yenə bizi qapatmaq istəyir.

Martda 14 gün bayram olacaq. Restoranlarda bayram tədbiri qadağan edilsin.  Maska məcburiyyəti onsuz da  var, bayram günlərində ictimai nəqliyyatın hərəkətini dayandırmaq yetərlidir. 3-cü dalğanın gəlib-getməsinin sms-lə əlaqəsi yoxdur.

İlk gündən xüsusi karantin və qapanmanın və maskaya görə cərimələrin ən birinci və ən böyük tərəfdarı mən olmuşam. Amma SMS icazənin yox. Bu yanlışdır, özünü aldatmaqdır. Bundan imtina etmək lazımdır”,- deyə həkim qeyd edib.

TƏBİB-in reklam olunan randevu.its.gov.az saytında vaksinasiya üçün vaxt götürüb gedənləri isə xoşagəlməz  sürpriz gözləyir. TƏBİB deyir ki, vaxtı seçib növbə gözləmədən vaksin vurdur. Ancaq təcrübə göstərir ki, TƏBİB-in camaata yenilik kimi sırıdığı onlayn növbə boş şeydir, işləmir. Necə deyərlər, nəzəriyyəsi ilə əməliyyəsi düz gəlmir. Avtobuslar  dolu, xəstəxanalarda növbələrdə insanlar iç-içə. Sonra da deyirlər, xəstəlik sayının artmasında millət günahklardır.

Hələlik gözləyirik. Ümid edirik , yeni alınacaq qərarlar bizi bir bahara da həsrət qoymaz.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »