Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaçırdığı avtomobillə qəza törətdi, başqa bir maşın oğurlayaraq geri döndü
Qaçırdığı avtomobillə qəza törətdi, başqa bir maşın oğurlayaraq geri döndü

Mingəçevirdə üç “VAZ 2106” markalı avtomobilin naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırıldığı barədə Polis Şöbəsinə məlumat daxil olub.

Bizimyol.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının “isti izlər”lə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də bir neçə dəfə məhkum olunmuş, Mingəçevir şəhər sakini Ceyhun Nəsirov tutularaq istintaqa təqdim edilib.

Araşdırma zamanı onun daha bir eyni markalı avtomobili isə Yevlax rayonu ərazisindən qaçırdığı müəyyən olunub. Belə ki, C.Nəsirov Mingəçevir şəhərindən oğurladığı avtomobil ilə Yevlax rayonu Xaldan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini yararsız hala salıb. Mingəçevirə qayıtmaq üçün isə növbəti cinayət əməlini reallaşdıraraq orada olan başqa bir “VAZ 2106” markalı avtomobili qaçırıb. Saxlanılan şəxs ifadəsində hadisəni sərxoş vəziyyətdə törətdiyini və əməlindən peşman olduğunu bildirib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »