Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın Dövlət Mühafizə Xidməti Paşinyanın tabeçiliyinə keçir
Nikol Paşinyan

Milli Təhlükəsizlik Xidməti yanında Dövlət Mühafizə Xidməti birbaşa Ermənistan baş nazirinin tabeliyinə verilə bilər.

Unikal.org “Sputnik Armeniya” istinadla xəbər verir ki, bununla bağlı mövcud qanuna müvafiq düzəlişlər edilib. Qanunvericilik düzəlişləri hüquqi aktların vahid portalında dərc olunub.

"...Dövlət Mühafizə Xidmətinə baş nazirə tabe bir qurum statusu verilməsi, onun Milli Təhlükəsizlik Xidməti orqanları sistemindən çıxarılması planlaşdırılır" – məlumatda deyilir.

Maraqlıdır ki, düzəlişlərin müəllifi Milli Təhlükəsizlik Xidməti olsa da, baş nazirin aparatında hazırlanıb.

Qeyd edək ki, son zamanlar müxalifətin mitinq fəallığı fonunda hökumət başçısının mühafizəsinin xeyli gücləndiyi müşahidə edilir. Belə ki, ötən gün baş nazirin də olduğu parlamentdə “Hökumət saatı” zamanı Milli Məclisin binasının eyvanlarında və damında snayperlər görünüb.

Təhlükəsizlik xidmətinin yenidən təşkili ilə yanaşı, parlamentin spikeri üçün xüsusi bir həkim ayrılması da planlaşdırılır. İndiyə qədər pulsuz tibbi xidmətlər yalnız prezidentə, baş nazirə və onların ailələrinə göstərilirdi.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Türk dövlətlərinin ortaq dili nə olmalıdır...
Son xəbərlər
Bütün xəbərlər »