Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilərin sayı artıb
Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilərin sayı artıb

Türkiyədə Bitlisdəki hərbi helikopter qəzasında daha bir nəfər həyatını itirib.

APA-nın verdiyi xəbərə görə, həkimlərin cəhdlərinə baxmayaraq, qəzada yaralanan 4 hərbçidən birinin həyatını xilas etmək mümkün olmayıb. Bununla da qəzada şəhid olan hərbçilərin sayı 10-a yüksəlib.

Qeyd edək ki, şəhidlər arasında 8-ci Korpus komandiri, general-leytenant Osman Erbaşın da adı var.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Baş qərargah rəisi Yaşar Gülər bir qrup heyətlə hadisə yerinə gediblər.

Son xəbərlər
Bütün xəbərlər »