Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tarixi abidənin otelin saunası kimi fəaliyyət göstərməsinə etiraz – Video
Tarixi abidənin otelin saunası kimi fəaliyyət göstərməsinə etiraz – Video

Gəncənin tarixi memarlıq abidəsi olan “Çökək hamam”ı otelin saunası olaraq fəaliyyət göstərir. Hətta otelin birinci mərtəbəsindən tarixi abidəyə birbaşa yeraltı tunel çəkilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Gəncə şəhərinin bir qrup sakinin Mədəniyyət nazirinə müraciətində qeyd olunub.

Müraciət tarixi abidə kimi dövlət tərəfindən qorunmalı olan “Çökək-Hamam”ın mövcud durumu və gələcək aqibəti ilə bağlıdır.

“Tarixi abidə bütün qanun normalarına və mənəvi qaydalara zidd olaraq müasir üslubda “təmir” edilərək qanunsuz olaraq yaxınlıqda yerləşən “VEQO” otelin ixtiyarına verilib və hazırda otelin özəl saunası kimi fəaliyyət göstərir.

Gəncənin ən qədim tikililərindən biri sayılan bu tarixi abidəyə qanunsuz müdaxilələr edildiyi, tarixi görkəminə ciddi zərər verilməklə daxilində modern üslubda “təmir” edildiyi haqda neçə illərdir saya gəlməyən foto və video materiallar olmasına baxmayaraq, bu müddət ərzində qanun pozuntusunun qarşısını alınması üçün Mədəniyyət Nazirliyinin aidiyyatlı qurumları tərəfindən heç bir əməli tədbir görülməyib.

Adı çəkilən oteldən hamama qanunsuz şəkildə yeraltı tunel qazılaraq tarixi abidənin konstruksiyasına və tarixi görkəminə barbarcasına müdaxilələr edilməsi və ayrıca giriş inşa edilməsi nəticəsində hazırda tarixi abidə ictimaiyyətin üzünə tam qapadılaraq otel hamam-saunası kimi fəaliyyət göstərməkdədir”,-deyə müraciətdə bildirilib.

Cümə Məscidi yaxınlığında yerləşən tarixi hamam 1606-cı ildə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında tikilib. Binanın tikintisində gil-əhəng qatışığı və qırmızı kərpicdən istifadə olunub. Bina günbəzlidir. Hamamda 2013-cü ildə təmir işləri aparılıb.

Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, vətəndaşların müraciəti ilə bağlı açıqlama veriləcək.

Məsələ ilə bağlı “Vego” otelə də informasiya sorğusu göndərilib.

Son xəbərlər
Bütün xəbərlər »