Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN indiyədək Azərbaycan və Ermənistana təhvil verilən əsirlərin sayını açıqlayıb
Mariya Zaxarova

Bu günə kimi Azərbaycanla Ermənistan arasında Rusiya sülhməramlılarının vasitəçiliyi ilə 79 əsir dəyişdirilib.

APA nın xəbərinə görə, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Erməni jurnalistin Azərbaycanda əsirlikdə olan ermənilərin sayı barədə suala cavabında Rusiya XİN rəsmisi Azərbaycan və Ermənistanın məlum məsələyə münasibətlərinin fərqli olduğunu vurğulayıb.

“İrəvan tərəfindən səslənən rəqəmlər mütəmadi olaraq dəyişir. Bakıdan başqa məlumatlar verilir. Məlumatlar arasındakı fərqliliyi nəzərə alıb dəqiqləşdirmək üçün tərəflərə müraciət etməyinizi məsləhət görürəm. Əminəm ki, onlar sizə ətraflı məlumat verəcəklər. Bu günə kimi isə Rusiya sülhməramlılarının vasitəçiliyi ilə ümumilikdə 79 əsir mübadilə edilib. Əsirlərdən 63-ü Ermənistana, 16-sı isə Azərbaycana təhvil verilib. Bu məsələdə bir daha öz mövqeyimizi səsləndirmək istəyirəm: əsirlərin dəyişdirilməsinin optimal formulu “hamının hamıya” prinsipidir. Güman edirik ki, bu məsələnin tez zamanda həlli tərəflərə faciəvi səhifəni qapatmağa, diqqəti iqtisadi sahədə əməkdaşlığı inkişaf etdirməyə yönəltməyə imkan verəcək”, - deyə M. Zaxarova qeyd edib.

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Diaspor Komitəsinin keçmiş sədrinə məxsus bahalı əmlak əlindən alındı
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »