Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST birinci mərhələdə Azərbaycana niyə "Pfizer" peyvəndi ayrılmadığına aydınlıq gətirib
Ümumdünya Səhiyyə Təşkilatı -   UST

Peyvəndlərə bütün iştirakçı ölkələr tərəfindən ədalətli və bərabər çıxışın təmin edilməsi COVAX-ın bünövrəsini təşkil edir. Zəngin və ya yoxsul olmasından asılı olmayaraq, bütün ölkələr 2021-ci ilin sonunadək tədricən dozalar əldə edəcək.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu, dünya əhalisinin 20 faizə qədərini əhatə edəcək və ölkələrdə risk qruplarının əksəriyyətinin peyvənd olunmasına imkan yaradacaq: “COVAX vasitəsilə peyvəndlərin əldə edilməsi prosesi iştirakçı ölkələr tərəfindən tənzimləmə üçün təsdiqin əldə edilməsi, təzminat və öhdəlik, o cümlədən peyvənd tədarükünün mümkünlüyü barədə istehsalçılarla qanuni müqavilələr daxil olmaqla bir sıra mərhələləri əhatə edir. ÜST Azərbaycan hökumətinin öz əhalisinə COVID-19 peyvəndini təmin etmək üçün COVAX-a qoşulma qərarını yüksək qiymətləndirir”.

ÜST Azərbaycanın "Pfizer-BioNTech" peyvəndinin birinci müstəsna paylanma mərhələsinə daxil edilməməsinin səbəbini də açıqlayıb: “Bu il yanvarın 6-da COVAX bütün iştirakçı ölkələrə "Pfizer-BioNTech" peyvəndinin ilkin məhdud həcmdə tədarükü üçün müraciət imkanı yarandığını bildirdi. Bu zaman 72 müraciət daxil oldu və bu müraciətlər tədqiqat komitələri tərəfindən (ÜST, UNICEF, GAVİ və GAVİ təşkilatının Müstəqil Tədqiqat Komitəsinin üzvlərindən ibarət) texniki cəhətdən dəyərləndirildi. Azərbaycan da daxil olmaqla 51 ölkə peyvəndi tətbiq etməyə “hazır” ölkə kimi qiymətləndirildi, lakin sonda bu ölkələrdən 18-i peyvənd təminatı üçün seçildi.

18 ölkənin seçim meyarları iştirakçı ölkənin hazırlığı, peyvəndə başlayıb-başlamaması (29 yanvar tarixinədək COVID-19 peyvənd proqramına başlamış iştirakçılar "Pfizer-BioNTech" peyvəndinin birinci müstəsna paylanma mərhələsinə daxil edilməyib), özünü maliyyələşdirən iştirakçıların qiymət seçimləri (qiymətlərin ölkələrin müraciət formalarında göstərdiyi qiymətlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün), xəstəlik yükünün və səhiyyə işçilərinin yoluxma riskinin qiymətləndirilməsidir”.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Türk dövlətlərinin ortaq dili nə olmalıdır...
››› Zelenski cəbhədə çətin anlar yaşadı - Video
Son xəbərlər
Bütün xəbərlər »