Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bolqarıstan-Serbiya qaz kəmərinin tikintisinə mayda başlanacaq
Bolqarıstan-Serbiya qaz kəmərinin tikintisinə mayda başlanacaq

Bolqarıstan və Serbiya arasında yeni birləşdirici qaz kəmərinin tikintisinə bu ilin may ayında başlanacaq.

"APA-conomics"in məlumatına görə, bu barədə "S&P Globap Platts" "Bulgartransgaz"a istinadən xəbər verir.

Məlumata görə, yeni qaz kəməri vasitəsilə Serbiyaya Bolqarıstan ərazisindən Azərbaycan qazını qəbul etməyə imkan verəcək.

Vurğulanır ki, uzunluğu 1,8 km olacaq qaz kəməri Rusiyadan istisna olmaqla qaz tədarükünü təmin etməyə imkan yaradacaq.

Qeyd edək ki, Azərbaycan qazının Bolqarıstana nəqli Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəməri (IGB) vasitəsi ilə nəzərdə tutulub. Hazırda qaz kəmərinin tikintisi davam etdirilir və onun 2021-ci ilin oktyabrında işə salınması gözlənilir.

Xatırladaq ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. "Sahdəniz" qazının Avropaya nəqli Cənub Qaz Dəhlizi ilə mümkün olacaq (Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri vasitəsi ilə).

Xatırladaq ki, IGB-nin tikintisinə 33 mln. avro vəsaitin ayrılmasını təsdiq edib. Bu vəsait Komotini (Yunanıstan) və Stara Zaqora (Bolqarıstan) arasında tikiləcək 182 km-lik IGB boru kəmərinin ilik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər.

Son xəbərlər
Bütün xəbərlər »