Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfər Mehdiyev:”Azərbaycana idxal olunan köhnə nəqliyyat vasitələrinə rüsumlar artırılsa da, istifadəçilər yeni deyil, köhnə nəqliyyat vasitələrinə üstünlük verir”
Səfər Mehdiyev:”Azərbaycana idxal olunan köhnə nəqliyyat vasitələrinə  rüsumlar artırılsa da, istifadəçilər yeni deyil, köhnə nəqliyyat vasitələrinə üstünlük verir”

“Azərbaycana idxal olunan nəqliyyat vasitələri , həqiqətən də avtomobil parkı köhnədir. Hazırda Azərbaycanda avtomobil parkın yenilənməsi ilə bağlı layihələr müzakirə olunur. Azərbaycana idxal olunan köhnə nəqliyyat vasitələrinə nə qədər vergi və rüsumlar artırılsa da, istifadəçilər yeni nəqliyyat vasitələrinə deyil, köhnə nəqliyyat vasitələrinə üstünlük verir.

Bizimyol.info-nun məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bu gün mətbuat konfransında jurnalistlərə bildirib.

Səfər Mehdiyev bildirib ki, bu sahədə müzakirə mövzusu yeni nəqliyyat vasitələrinin gömrük rüsumlarının aşağı salınması və ya alternativ nəqliyyat vasitələrinin, xüsusilə də benzinlə işləməyən digər nəzliyyat vasitələrinə üstünlük verilməsilə bağlı müəyyən layihələr müzakirə olunur: “Həm ekoloji tarazlığı,yəni 5 ildən yuxarı olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməməsi və ya gətirilərsə çox yuxarı belə, onlara olan vergi rüsumlarının artırılmasından gedir ki, köhnə avtomobillərin idxal ehtimalı az olsun. İnsanların həyat və şəraitinə sağlamlığına zərər etməyən nəqliyyat vasitələrinin idxalı ilə bağlı hansı qərar və tövsiyyələr olarsa biz ona müsbət yanaşırıq. Hökümətdə də bununla bağlı bir neçə dəfə müzakirələr gedib və buna qarşı da deyilik .Çalışmaq lazımdır ki, avtomobil parkını son 10 ildə yeniləmək mümkün olsun”

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »