Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Binəqədi rayon İcra Hakimiyyəti təkzib edir
Binəqədi rayon İcra Hakimiyyəti təkzib edir

Bu gün "Bizim Yol" xəbər portalında sakinlərin şikayəti əsasında "Binəqədi İcra Hakimiyyətindən Eldar Əzizova ittiham: “O, rəy verib”" başlıqlı məqalə dərc olunub.

Məqalədə bütün mümkün tərəflərin, o cümlədən Binəqədi rayon İcra Hakimiyyətinin mövqeyi əksini tapıb.

Binəqədidə “Bolluq” MTK-nın kəsdiyi ağaclar Binəqədidə kəsilmiş ağac

Az əvvəl Binəqədi rayon İcra Hakimiyyəti redaksiyamıza həmin məqalə ilə bağlı təkzib məktubu ünvanlayıb. Məktubu hər hansı əlavə şərh vermədən olduğu kimi dərc edirik:

"Məlumat üçün bildiririk ki, Binəqədi rayonu, 8-ci mikrorayon Süleyman Sani Axundov küçəsi 11b və 4a ünvanında Binəqədi Bələdiyyəsi tərəfindən Bələdiyyə parkı salınır.

Bu, əlaqədar abadlıq işləri aparılması məqsədi ilə ərazidə mövcud qurumuş ağaclar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəyi əsasında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən çıxarılıb, bəzi ağaclarda budama işləri aparılıb. Aparılan abadlıq-quruculuq işləri sakinlərlərin asudə vaxtının keçirilməsi üçün məhəllələrarası park salınması məqsədi ilə təşkil edilmişdir. Abadlıq işləri çərçivəsində ərazidə qeyri-qanunu quraşdırılmış dəmir qarajın yerinin dəyişdirilməsi zamanı (30 metr kənara çəkilməsi nəzərdə tutulub) sosial şəbəkədə nümayiş etdirilən videoda adı qeyd edilən Vüqar adlı vətəndaşın atası etiraz edərək Bələdiyyə əməkdaşlarına təzyiq göstərmiş və həmin qarajın götürülməsi müqabilində 70000,0 (yetmiş min) AZN əbləğində təzminat tələb etmiş, əks halda bütün qurumlara şikayət edəcəyini bildirmişdir.

Məlumat üçün qeyd edirik ki, həmin ərazidə sakinlərin ümumi istifadəsi və istirahəti üçün “Abad məhəllə” salınır. Vətəndaşın həmin ərazidə MTK tərəfindən bina tikilməsi barədə iddiası əsassızdır və o, şəxsi mənafedən çıxış edir. Bundan əvvəl Binəqədi Rayon İcra Hakimiyyətinin mövqeyi kimi dərc olunan xəbər isə həqiqəti əks etdirmir."

Son xəbərlər
Bütün xəbərlər »