Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməkdə gizli planları...
Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməkdə gizli planları...

Ermənistan Azərbaycan arasında 10 noyabr tarixində Birgə Bəyənnamə imzalanmasına baxmayaq ermənilər hələ də minalanmış ərazilərin xəritəsini verməkdən boyun qaçırdır.

Ermənistan hazırda təkcə 10 noyabr sazişini yox, həm də BMT-nin minaların qadağan olunması ilə bağlı müqaviləsini pozur və öz hərəkətləri ilə bunu açıq-aşkar nümayiş etdirir.

Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, ermənilərin minalanmış ərazilərin xəritəsini verməməkdə məqsədi ondan ibarətdir ki, onlar bu ərazilərin daha gec məskunlaşmasını istəyirlər.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Bu Azərbaycan üçün çox önəmli məsələyə çevrilib. Biz demək olar ki, hər gün işağaldan azad olunmuş ərazilərə keçmək istəyən insanların qarşısının alındığının şahidi oluruq. Hüquq mühafizə orqanlarından yayınaraq keçən vətəndaşların isə minaya düşərək ağır yaralanması, əlil olması ilə bağlı məlumatları üzüntü və hiddətlə oxuyuruq. Bütün bu hadisələr minalanmış ərazilərin xəritəsinin olmamasının nəticədir.

Müharibə bitib və Azərbaycan tərəfi müharibədən sonra öz üzərinə götürdüyü öhtəlikləri yüksək səviyyədə yerinə yetirir. Azərbaycan əsirlərin dəyişdirilməsi, erməni tərəfinin öz leşlərini götürməsi üçün şərait yaradır. Bütün məsələlərlə bağlı Azərbaycan ordusu, dövləti, müvafiq qurumları humanizm prinsipi ilə çıxış edərək, öz üzərlərinə düşən işi yerinə yetirirlər. Hətta bəzən bu məsələlər Azərbaycan ictimaiyətində narazılıq doğurur ki, ermənilər bizimlə çox aqressiv, vəhşicəsinə davranıblar. Bəs biz niyə onların əsirlərinə qarşı insanlıq göstəririk? Buna baxmayaraq Azərbaycan beynəlxalq hüquq, qanunlar üzrə öz öhtəliyinə düşəni yerinə yetirir. Ermənistan tərəfi isə təəssüf ki, minalanmış ərazilərin xəritəsinin təqdim edilməsi kimi adi, beynəlxalq hüquqla tənzimlənən məsələni, öhtəliyi yerinə yetirmir. Ermənilərin minalanmış ərazilərin xəritəsini verməməkdə məqsədi ondan ibarətdir ki, onlar bu ərazilərin daha gec məskunlaşmasını istəyirlər. Hələ də qəbullana bilməyiblər ki, onlar bir daha bu ərazilərə qayıda bilməyəcəklər. Onların niyyətləri odur ki, daha çox azərbaycanlını əlil etsinlər, məhv etsinlər, maskimum ziyanlıq vursunlar, insanları qorxutsunlar ki, azərbaycanlılar gəlib bu ərazilərdə məskunlaşmaq istəməsinlər”.

Siyasi şərhçi onu da vurğulayıb ki, minalanmış ərazilərlə bağlı xəritənin tədbiq olunmasına beynəlxalq təşkilatlar susurlar.

“Onlar hətta noyabr ayın 10-u Birgə Bəyənnamə imzalandıqdan 10 gün sonra Azərbaycan ərazilərinə, ordumuzun arxa hissəsinə diversiya qrupu göndərmişdilər. Bizim ordumuz onların yarısını məhv etdi, yarısını isə zərərsizləşdirdi. Həmin saxlanılan şəxslər terrorçulardır və Azərbaycan onları azad etmir. Hazırda həmin bu erməni terrorçulara görə bütün dünya ayağa qalxıb, tələb edirlər ki, onlar azad edilsin. Halbuki illərlə bizim dinc, mülki vətəndaşlarımız onların əlində əsir qaldı, olmazın işgəncələr gördü. Lakin dünya buna susdu. Hesab edirəm ki, bizə həm türk, həm də müsəlman olduğumuza görə ikili standartla yanaşırlar və bu da onun bariz nümunəsidir”,- deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »