Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı başlayıb
İlham Əliyev

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) videokonfrans formatında ondördüncü Zirvə toplantısı keçirilir.

Bizimyol.info xəbər verir ki, iclasda təşkilata üzv ölkələrin dövlət və hökumət başçıları iştirak edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edir.

Toplantıya müşahidəçi ölkə kimi Şimali Kipr Türk Respublikasının prezidenti Ərsin Tatar da qatılıb.

Qeyd edək ki, İƏT hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılıb. Təşkilat 1964-1979-cu illərdə fəaliyyət göstərən Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısı sayılır. 1992-ci il noyabrın 28-də 7 ölkə - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan İƏT-ə qoşulub və hazırda təşkilatın 10 üzv ölkəsi var. İƏT-in genişləndiyi həmin gün təşkilatın təqvimində “İƏT günü” kimi qeyd edilir.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »