Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Zəngəzurda mühəndis işlərinə başlayıb - Gorusdan həyəcanlı açıqlama
Azərbaycan Zəngəzurda mühəndis işlərinə başlayıb - Gorusdan həyəcanlı açıqlama

Qarabağ qələbəsindən sonra Zəngəzurda bir neçə kənd Azərbaycana qaytarılıb. Urud da tarixi vətəninə təhvil verilib.

Orada quruculuq işlərinə başlanılıb. Bu haqda Gorus merinin müavini İrina Yolyan social şəbəkə səhifəsində yazıb.

Bizimyol.info xəbər verir ki, yerli məmur kənddə mühəndis işlərinin aparıldığı barədə məlumat verib. O, səhifəsində fotolar da yerləşdirib.

“Bizim Milli Məclis silahı xalqa tuşlamaq üçün rahat mövqe tutduğu vaxtda düşmən bu gündən Urudda mühəndis işlərinə başlayıb. Ola bilər ki, bir müddət sonra Uruddan Şurnuxun mərkəzinə qədər səngər də qazacaqlar. Bütün perimetr üzrə iş aparılır”.

Urud kəndi Urud kəndi (Zəngəzur)

Yolyan yazıb ki, bu haqda lazımi orqanlar da məlumatlıdır, amma nədənsə susurlar. Merin müavini social şəbəkədə yazmaqla həyəcan təbili çalmağa çalışıb. Yolyan məsələnin əhəmiyyətini böyütmək üçün guya dinc sakinlərinin təhlükə qarşısında olduğunu xüsusi vurğulayıb.

“Kimsə Sünikin (Zəngəzur – red.) inkişafından danışırdı. Budur, ekstremal turizm üçün hər cür şərait yaradılıb: səngərlər və düşmən kəndin mərkəzindədir. Belə şeyi filmlərdə də görməzsiniz”.

Qarabağ qələbəsindən sonra Azərbaycanla Ermənistanın sərhədləri yenidən müəyyənləşdirilməyə başlanıldı. Xüsusilə Qafan-Gorus yolunun kənarındakı ərazilərin bir hissəsinin Azərbaycana qaytarılmaq məsələsi müzakirə mövzusu oldu. Sonradan Çakaten, Zeyvə, Urud, Şurnux, Xınzırək kəndlərinin müəyyən hissəsi tarixi vətəninə təhvil verildi.

Urud Ermənistanda “Sisian” adlandırılan Qarakilsə rayon mərkəzindən 8 km cənub-şərqdə yerləşir. Yaşayış məntəqəsindəki abidələr kompleksi burada çox qədim zamanlardan türk tayfalarının məskunlaşmasından xəbər verir. Urud qalasının adı 450-ci ilə aid mənbələrdə çəkilir. Qalanı 1104-cü ildə Səlcuqlar ələ keçirib. 1386-cı ildə isə Əmir Teymur buralara ayaq basıb.

Urud kəndinin qəbiristanlığında orta əsrlərə aid məzarlara rast gəlmək mümkündür. Məzar daşlarıının bir çoxu bədii tərtibatı ilə fərqlənir. Burada 13 sənduqə, 4 qoç heykəli də var.

Kəndi Ermənistan hələ 1968-ci ildən Vorotanberd adlandırmağa başlayıb. Müstəqillik illərində Vorotan variantı daha çox yayılıb. Ermənistan Urud azərbaycanlılarını 1988-ci ilin noyabrında kənddən çıxarıb. Məhz həmin dövrdən sonra burada gəlmələr məskunlaşmağa başlayıb.

Son xəbərlər
Bütün xəbərlər »