Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Anar Kərimov: "Şuşanın tarixi əhəmiyyətini özünə qaytaracağıq"
Anar Kərimov: "Şuşanın tarixi əhəmiyyətini özünə qaytaracağıq"

"Bizim ən ümdə vəzifəmiz Şuşamızı bərpa etmək, onun tarixi əhəmiyyətini, bizim mədəniyyətimizdə olan rolunu tam bərpa etmək, musiqimizin, mədəniyyətimizin beşiyi olduğunu dünyaya bəyan etməkdir".

Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib.

Onun sözlərinə görə, restavrasiya və bərpa işləri Şuşadan başlanacaq: "Amma bu uzun sürən bir prosesdir. Burada hərtərəfli ölçülməlidir. Cənab Prezidentin də dediyi kimi biz Şuşanın tarixi simasını qaytarmalıyıq. Ona görə də tələsmək olmaz və bu işdə müəyyən strategiya olmalıdır. Bu üzrə də bərpa ediləcək. Şuşanın tarixi əhəmiyyətini ona qaytaracağıq".

Son xəbərlər
Bütün xəbərlər »