Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Binəqədi İcra Hakimiyyətindən Eldar Əzizova ittiham: “O, rəy verib”
Binəqədi İcra Hakimiyyətindən Eldar Əzizova ittiham: “O, rəy verib”

Binəqədi rayonu, 8-ci mikrorayon Süleyman Sani Axundov küçəsinin sakinləri redaksiyamıza çikayət ünvanlayaraq səslərinin eşidilməsini istəyirlər.

Sakinlər həyətlərində çoxmərtəbəli bina tikən “Bolluq” MTK-nın onlara məxsus ərazini zəbt etməsindən, Binəqədi İcra Hakimiyyətinin və yerli bələdiyyənin də bu işdə onlara yardımçı olmasından şikayətçidirlər.

“Şikayətimiz Binəqədi rayon bələdiyyəsindən və İcra Hakimiyyətindəndir. 8-ci mikrorayon Süleyman Sani Axundov küçəsi 11b və 4a ünvanında 9 mərtəbəli binaların arxasında köhnə Bolluq bazarının yerində “Bolluq” MTK hündürmərtəbəli bina tikir və həmin sahibkar özünə aid olmayan hissədə, yəni bizim binanın payına düşən ərazidə park adı altında kütləvi şəkildə meyvə və meşə ağaclarını kəsib atır və bu proses davam edir. İndiyədək təxminən 200 ağac kəsilib. Binəqədi bələdiyyəsi həmin ərazidə vətəndaşlara qaraj yerləri satmağına baxmayaraq (2006-2007-ci illlərdə) əllərində heç bir əsas olmadan «Bolluq» MTK ya həmin əraziləri zəbt etməya şərait yaradır. Binəqədi İcra Hakimiyyəti məmurları MTK sahibinin tərəfindən çıxış edərək onların haqlı olduqlarını bildirirlər. Binəqədi İcra Hakimiyyətində işləyən Hacıbaba Adiloğlu bu proseslərdə aktiv iştirak edir. İddiaya görə, «Bolluq» MTK-nın sahibi ona hər tikdiyi binadan mənzil hədiyyə edir. Ərazidə yaşayan insanlar onlara narazılıq bildirəndə - parkı bina tikilmək üçün ayrılmış ərazidə niyə salmadığını soruşanda isə “özümüz bilərik, kimə istəyirsiniz, şikayət edin” deyirlər.

MTK sahibi Haqverdiyev Nurəddin Babaxan oğlu 7-ci mikrorayonda tikdirdiyi “Piramida” adlanan binadan Hacıbaba Adiloğluna 1 mənzil və Bolluq bazarı adlandırılan ərazinin yerində tikdirdiyi binadan da daha 1 mənzil hədiyyə edib. Sahibkar ağac kəsdiməsindən əlavə doqquzmərtəbəli binaya aid olan yanğından mühafizə hovuzunun üstundə “besedka” tikdirib və yeraltı borularla öz binasına həmin hovuzdan su xətti də cəkdirib.Və əlavə olaraq “Qırmızı xətt” deyilən bir ərazini də keçib.Yəni sənədlə MTK-ya aid olan hissədə yox, doqquzmərtəbəli binaya aid olan hissəyə doğru. 2 metr enində və təxminən 140-170 metr uzunluğunda yol çəkdirmək istədiyi üçün MTK bu zolağa düşən bütün ağacları (meyvə və meşə ağacları) kəsdirib. Buna Binəqədi rayonu İcra Hakimiyyəti, bələdiyyənin sədri Mürsəl Eminov və müavini göz yumurlar. Sadə vətəndaşların haqları tapdalanır .Bələdiyyə necə 15-16 il bundan qabaq qaraj üçün verilən sənədləri heç bir əsas olmadan tanımaya bilər. Bolluq MTK ilə bələdiyyənin park adı altında zəbt etdikləri ərazilər hüquqi sənədlərlə vətəndaşların adınadır. Hamısı da qarajların illik haqqını 2020-2021-ci ilin axırına kimi ödəyib, əlimizdə qəbzlər var və müqavilə vaxtı 2030-cu ilə qədərdir. Bu məmurların vəzifəsindən sui-istifadəsi deyilmi?”,- deyə bina sakinlərinin adından redaksiyamıza məktub yazan Vüqar Həsənov qeyd edib.

Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi Hacıbaba Babayev sorğumuza cavab olaraq bildirib ki, ərazidə hamının istifadə etməsi üçün park salınır: “Və park salınırsa, ümumi mənafe nəzərə alınmalıdır, bir neçə nəfər yox. Ona görə də qaraj sahiblərinin etirazları yersizdir, onların torpaqlarının sənədləri var, torpaq üzərində tikintinin yox. Ağacların kəsilməsi isə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Bırliyinin rəyi əsasında olub. Qalanını gedin, bələdiyyədən soruşun”.

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Bırliyinin rəyi təbii ki, icra başçısı Eldar Əzizovun imzası ilə qüvvəyə minib. Yəni Binəqədi İcra Hakimiyyəti təsdiq edir ki, agacların qırılmasına onlar yox, Eldar Əzizov izacə verib.

Maraqlıdır görəsən, park salmaq adı ilə agacları qırıb yaşıllığı məhv etmək nəyə lazımdır? Yaşıllığın olmadığı yerdə park nəyə gərək?

Hamımız bilirik ki, Bakı şəhərində kimdənsə “icazə” almadan yerə bir mismar da çala bilməzsən. O da aydın deyil ki, vətəndaşların torpaq üzərində mülkiyyət hüququ olduğu halda, onların razılığı olmadan o torpaq sahələri üzərində başqa qurumlar necə iş aparır…

Binəqədidə “Bolluq” MTK-nın kəsdiyi ağaclar Binəqədidə “Bolluq” MTK-nın kəsdiyi ağac

Biz illərdir bələdiyyələrin ölü doğulmuş bir qurum olmasından, fəaliyyətsizliyindən şikayətlənirdik, sən demə, Binəqədi rayonunda bələdiyyələrin işi İcra hakimiyyətinin işindən daha üstün səviyyədə imiş, xəbərimiz olmayıb. Hamı deyir bizlik deyil, amma xırda bir tikintiyə başlasan, o “hamı” tökülüb gələcək, ağzını açıb “məni də yedizdir” deyəcək.

Son xəbərlər
Bütün xəbərlər »