Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu ölkədə kök insanlara arıqlamaq müqabilində pul təklif edilib
Bu ölkədə kök insanlara arıqlamaq müqabilində pul təklif edilib

Britaniyada kök insanlara arıqlamaq müqabilində pul təklif edilib.

BiznesMedia CNN-ə istinadla xəbər verir ki, belə bir təşəbbüs iş adamı Ser Kit Mills tərəfindən irəli sürülüb.

Mills Britaniya hökuməti qarşısında çıxış edərək artıq çəki ilə mübarizə çərçivəsində yeni stimullar və mükafatlar proqramı təklif etməlidir. Layihədə idmanla məşğul olmağa görə pul təklif olunması da nəzərdə tutulur.

Səhiyyə sahəsinin nümayəndələri isə digər ölkələrdə artıq çəki ilə hansı mübarizə proqramlarının mövcud olduğunu müəyyənləşdirməlidirlər. Britaniyalıları əsasən, Sinqapurdakı addımbaaddım arıqlama proqramı maraqlandırır, belə ki, burada yüksək fiziki aktivliyi olan insanlara ödənişlər edilir.

Son xəbərlər
Bütün xəbərlər »