Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfər Mehdiyev: “Müəyyən tənqidi fikirləri söylərkən ekspert, mütəxəssis olmaq lazım deyil. Ən azından toplamanı, çıxmanı öyrənmək lazımdır”
Səfər Mehdiyev: “Müəyyən tənqidi fikirləri söylərkən ekspert, mütəxəssis olmaq lazım deyil. Ən azından toplamanı, çıxmanı öyrənmək lazımdır”

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfrasında sosial şəbəkələrdə Dövlət Gömrük Komitəsində (DGK) hər hansı yoxlamaların aparılması və 700 milyon manat kəsirin yaranması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib:

“ Bu tamamilə həqiqətə uyğun deyil. Dövlət Gömrük Komitəsi (DGK) ilə bağlı yayılan məlumatı biz də sosial şəbəkələrdən oxuduq və üzüldük. Çünki Dövlət Gömrük Komitəsinin (DKG) xidmətində olan nöqsan və çatışmamazlıqları ictimaiyyətə çatdırmaq, azad mətbuatdır, hər kəsin buna hüququ var. Amma bu cür yanlış etiraflar , sadəcə bu xidmətin fəaliyyətinə kölgə salmağa cəhd edən, özünü “ekspert” adlandıranların siyasi oyunu idi. Kimlərsə gündəmdə qalmaq istəyirdi. Bizi hər il müvafiq qurumlar, Hesablama Palatası gəlib yoxlayır. Biz hər hansı zavod və yaxud fabrik deyilik ki , hər hansı bir kəsirimiz olsun. Ya da tarladan pambıq toplamırıq, kəsir yaransın. Bizim gördüyümüz işləri və nəticələri görmürlərsə, sadəcə kordurlar. Son 3 il ərzində 6 milyard manata yaxın gömrük orqanları büdcə daxilolmalarına əlavə vəsait köçürüb. Xidmətdə nöqsanlar varsa, onu obyektiv şəkildə işıqlandırılmasının tərəfdarıyam.

Dövlət Gömrük Komitəsi nə yazıq ki, bu gün dırnaqarası ekspertləri inandıra bilmədi, amma bütün dünya buna unandı. Çünki bütün ticarət, tərəfdaş etdiyimiz ölkələrə açıq şəkildə məktub yazırıq ki, gəlin statistikalarımızı eyniləşdirək , üzləşdirək. Biz artıq iş adamlarına bunu 3 ildir tətbiq etmişik. Hər bir iş adamı Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq qurumlarına ödədiyi elektron şəkildə ödənişləri anında öz portalında görə bilir. Bu nə deməkdir? Yəni bu o deməkdir ki, kimdə 1 manat artıq ödəniş orda görünməsə, onun məhkəməyə müraciət etmək hüququ var. Bu imkanları yaradan yeganə təşkilatıq.Apardığımız bu islahatları görməyənlər bizi ləkələməyə çalışmaqdan başqa bir iş görmürlər.Bu cür yalan məlumatları yayan adamlara gəldikdə isə onlara nə isə demək fikrimiz də yoxdur. Biz hər kəsə açığıq. Müəyyən tənqidi fikirləri söylərkən ən azından ekspert, mütəxəssis olmaq lazım deyil. Toplamanı, çıxmanı öyrənmək lazımdır”

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »