Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Köçəryan "Vətənin xilası hərəkatı"na rəhbərlikdən imtina etdi
Köçəryan "Vətənin xilası hərəkatı"na rəhbərlikdən imtina etdi

Ermənistanın sabiq prezidenti Robert Köçəryan müxalif "Vətənin xilası hərəkatı"nın formatına yenidən baxmaq imkanını nəzərdən keçirmir.

Virtualaz.org bildirir ki, bu barədə o, Rusiya KİV-ləri üçün keçirdiyi mətbuat konfransında bəyan edib.

Ermənistanın keçmiş dövlət başçısından bu hərəkata rəhbərlik etmək niyyətində olub-olmadığını soruşublar.

R.Köçəryan qeyd edib ki, o, həqiqətən də erməni cəmiyyətinin xeyli hissəsinin ətrafında birləşə biləcəyi hərəkata dəstək verib. Onun sözlərinə görə, hazırkı lider Vazgen Manukyan layiqli, təcrübəli siyasətçidir. Köçəryan xatırladıb ki, hərəkatın vəzifəsi hökumətin istefası və ondan bir il sonra növbədənkənar seçkilərin keçirilməsidir.

Manukyan bu seçkilərdə iştirak etməyəcək. Bu mənada, Köçəryanın fikrincə, Ermənistanda bu qədər ciddi məsuliyyəti öz üzərinə götürməyə hazır olan siyasətçilərin sayı o qədər də çox olmayacaq.

Son xəbərlər
Bütün xəbərlər »