Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saxta koronavirus peyvəndlərinin istehsalı artıb - “Interpol” xəbərdarlıq etdi
Saxta koronavirus peyvəndlərinin istehsalı artıb - “Interpol” xəbərdarlıq etdi

“Interpol” Cənubi Afrika və Çində keçirilən əməliyyatlar zamanı minlərlə yeni koronavirus (COVID-19) peyvəndi növünün ələ keçirildiyini açıqlayıb.

“Anadolu” agentliyi xəbər verir ki, “Interpol”un baş katibi Yurgen Stok bunun “Aysberqin görünən tərəfi” olduğunu deyib.

Bildirilir ki, Cənubi Afrikanın Cermiston şəhərində təxminən 2 400 doza saxta COVID-19 peyvəndi ələ keçirilib. Əməliyyatda üç Çin və bir Zambiya vətəndaşı nəzarətə alınıb.

Eyni zamanda, polis Çində saxta peyvənd istehsal edən bir fabrikdə əməliyyat keçirib: 80 nəfər saxlanılıb ​​və 3 000 saxta peyvənd müsadirə edilib.

“Interpol” bu günə qədər internet üzərindən satış üçün hansısa peyvəndin təsdiqlənmədiyi barədə xəbərdarlıq edib.

Son xəbərlər
Bütün xəbərlər »