Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyəyə rüsumsuz ixrac imkanı kimlərə veriləcək - yenə də arxalı sahibkarlaramı...
İstanbul, Türkiyə

Martın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni təsdiqləyib.

Xatırladaq ki, Azərbaycan və Türkiyə Hökumətləri arasında Preferensial Ticarət Sazişi 2020-ci il fevralın 25-də Bakı şəhərində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasının yekunları üzrə imzalanmışdı.

Saziş üzrə hər iki ölkə arasında qarşılıqlı mal tədarükü üzrə gömrük rüsumunun sıfıra endirilməsini nəzərdə tutulur. Saziş 22 adda ərzaq məhsullarına şamil ediləcək. İqtisadçı Eldəniz Əmirov Bizimyol.info-ya verdiyi açıqlamada sazişin məhz hansı ərzaq məhsullarına və hansı həcmdə aid ediləcəyi barədə danışıb.

Eldəniz Əmirov Eldəniz Əmirov

“Dünən Azərbaycanın Türkiyəyə rüsumsuz ixrac etmək hüququ əldə etdiyi bir sıra ərzaq məhsulları və onların həcmi barədə məlumat nəhayət, Türkiyənin “Resmi Gazete”sində açıqlanıb. Belə ki, azərbaycanlı istehsalçılar aşağıdakı ərzaq mallarını müəyyən kvota çərçivəsində Türkiyəyə rüsumsuz ixrac etmək hüququ əldə ediblər: pendir - 100 min ton, meyvə - 39 min ton, qara çay - 300 ton, günəbaxan yağı - 5 min ton, şəkər və şəkər məhsulları - 5 min ton, kakao və kakao-yarımfabrikatlar - 1,25 min ton, meyvə və tərəvəz konservləri - 750 ton, meyvə püresi - 3 min ton, alma şirəsi - 2 min ton, şərab - 9 min dekalitr.

Qeyd edilən bu tarif kvotaları bir təqvim ilindən sonra yenilənəcək. Yəni, qeyd edilənlər isə 2021-ci il üçün müəyyən edilən kvotadır. Növbəti il isə növbəti tarif kvotaları elan ediləcək. Bu bildirişin dərc olunduğu tarixdən etibarən Azərbaycan istehsalıçılarının Türkiyə Ticarət Nazirliyinə müraciət etmək üçün 15 iş günü vaxtları olacaq”,- deyə iqtisadçı qeyd edib.

Eldəniz Əmirovun sözlərinə görə, verilmiş kvota həcmləri bir qədər narahatlıq yaradır. Kvota az ayrıldığı üçün bu, yerli sahibkarlar arasında ciddi rəqabətə səbəb olacaq.

“Azərbaycanda bu sahə üzrə istehsal həcmlərini nəzərə alsaq, verilmiş kvotaların o qədər də çox olmadığını söyləyə bilərik. Bu isə o deməkdir ki, Türkiyə bazarlarına çıxmaq üçün yerli sahibkarlar arasında ciddi mübarizə olacaq. Amma bu rəqabətin hansı formada və hansı alətlərlə aparılacağını dəqiq söyləmək çox çətindir. İlk təəsürat bundan ibarətdir ki, rəsmi elan olunduqdan sonra onlayn qaydada müraciətlər başlayacaq və kvota həcmi bitənə qədər davam edəcək. Əslində yaxşı olardı ki, bu istiqamətdə işlər haqlı rəqabətin bərqərar olması ilə və ixracı stimullaşdıracaq alətlərin tətbiqilə aparılsın. Ucqar yerlərdə fəaliyyət göstərən sahibkarlar və fərdi təsərrüfat sahibləri üçün bərabər imkanlar yaradılsın. Ən azından vaxtında hər kəsin informasiya təminatını, müraciət imkanlarının bərabərliyini təmin etmək lazımdır”,- deyə ekspert vurğulayıb.

İlhamə

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Navalnı “Qurani-Kərim”ə görə həbsxananı məhkəməyə verdi
››› Videosu yayılan qazini dövlət nəzarətə götürdü - Video
Son xəbərlər
Bütün xəbərlər »