Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda reklam löhvəsi vətəndaşın üzərinə aşdı - Video
Güclü külək Bakıda reklam löhvəsini aşırıb. Nəticədə bir nəfər ağır xəsarət alıb.

Xezerxeber məlumat verir ki, hadisə paytaxtın Nizami rayonu, Dərnəgül yolunda baş verib. 30 yaşlı Samir Bağırov səki ilə gedərkən qəfil üzərinə reklam löhvəsi aşıb. Şahidlər xəsarət alan gənci 3 saylı şəhər klinik xəstəxanasına çatdırıblar.

Samir Bağırovun anası deyir ki, vəziyyəti ağırdır. O, baş və bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıb.

Hadisə ilə bağlı polisə şikayət verən Arzu Bağırova deyir ki, bir gün keçsə də onlarla maraqlanan yoxdur. Ailənin maddi imkanı zəif olduğundan tək övladlarnın xəstəxana xərclərini qarşılaya bilmir. Zərərçəkmişin anası həmin reklam löhvəsini quraşdıranlardan və ya reklam şirkətindən xərcləri qarşılamağı tələb edir.

Reklamçılar İttifaqı İctimai birliyinin sədri Hacıəmi Atakişiyev deyir ki, məsələ dəqiqliklə araşdırılmalıdır. Əgər həmin löhvəni ora qoyan şirkətin sığortası varsa, dəymiş ziyan ödənməlidir.

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »