Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvanda mitinq iştirakçısı: “Şuşa da, Qarabağ da Azərbaycanındır” - Video
İrəvanda mitinq iştirakçısı: “Şuşa da, Qarabağ da Azərbaycanındır” - Video

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətini çox çətinliklə qoruyur. Müxalifət onu taxtdan salmaq üçün əlindən gələni edir. Amma Paşinyan hakimiyyəti təhvil verməyi düşünmür. O, fevralın sonlarından tərəfdarlarını küçələrə çağırmağa başlayıb. Martın 1-də Paşinyanın dəstəklənməsinə həsr olunmuş ən böyük mitinqlərdən biri baş tutub.

Bizimyol.info xəbər verir ki, baş nazirin tərəfdarları mətbuata açıqlamasında Qarabağ həqiqətlərini anladıqlarını ifadə edirlər. Ermənistan mətbuatında yer alan fikirlər bu ölkə ictimaiyyəti üçün çox cəsarətli sayılmalıdır. Çünki indiyə qədər çox az sayda Ermənistan vətəndaşı Qarabağın Azərbaycana məxsus olmasını dilə gətirirdi. Ermənistan portallarında yayılan bir videoda isə 50-55 yaşlı qadın həqiqəti söyləyir. “Şuşa da, Artsax da Azərbaycanındır”, - hazırkı hakimiyyəti dəstəkləmək üçün mitinqə qoşulan qadın deyib. O, “sparapet”in öz əsgərləri ilə Şuşanı geri qaytardığını bildririb. “Sparapet” deyərkən sərkərdə nəzərdə tutulur.

İrəvanda etirazlar, 25 fevral, 2021 İrəvanda aksiya

Videoda qadınla razılaşanların olduğu da görünür. Hakimiyyətin tərəfdarları hesab edir ki, baş nazir bir neçə ay əvvəl Şuşanın Azərbaycana məxsus olmasıyla bağlı eyhamında çox haqlıdır. Onda hökumət rəhbəri ölkədə çox tənqid olunmuşdu. Çoxu baş nazirin həqiqəti belə açıq söyləyə biləcəyini gözləmirdi.

Martın 2-də də baş nazirin tərəfdarları küçələrə çıxıblar. Amma Ermənistan müxalifəti geri çəkilmək fikrində deyil. Hökumətin əleyhdarları axşam saatlarında prezident Armen Sarkisyanla görüş tələb ediblər. Onlar qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsiylə barışmadıqlarını nümayiş etdirirlər. Müxalifət prezidentin məsələyə müdaxiləsini istəyir. Hakimiyyətə iddialı tərəf Sarkisyandan baş nazirə təsir göstərməyi gözləyir.

Son xəbərlər
Bütün xəbərlər »