Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dubayda COVID-19 səbəbi ilə tətbiq olunan bütün məhdudiyyətlər uzadılıb
Dubayda COVID-19 səbəbi ilə tətbiq olunan bütün məhdudiyyətlər uzadılıb

Dubayın Böhran və Fəlakətlərin İdarə Edilməsi üzrə Ali Komitəsi pandemiya ilə əlaqədar tətbiq olunan və fevralın 2-dən qüvvədə olan hotellərin, ticarət və iaşə obyektlərinin fəaliyyətinə qoyulmuş məhdudiyyətləri daha bir ay yarım müddətinə uzadıb.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat verib.

Qadağaların Ramazan ayının əvvəlinə - aprelin ortalarına qədər davam edəcəyi ehtimal olunur.

Başlanğıcda gücləndirilmiş tədbirlər fevralın 26-dək nəzərdə tutulsa da, onların təsirlərinin müsbət olduğuna qərar verilib və müddəti uzadılıb.

Beləliklə, aprelin ortalarına qədər Dubaydakı kinoteatrlar, əyləncə və idman obyektləri yenə maksimum 50 %-lik yüklənmə və gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə fəaliyyət göstərməyə davam edəcək. Ticarət mərkəzlərinə buraxılan ziyarətçi sayı, eləcə də hotellərdə, hovuzlarda və hotellərdəki özəl çimərliklərdə qonaq sayı obyektlərin tutumunun 70 %-i ilə məhdudlaşacaq.

Restoran və kafelər gecə saat 1-ə qədər bağlanmalıdır, pab və barlar yenə açılmayacaq. Həmçinin mövcud protokollara, o cümlədən fiziki məsafə saxlama və tibbi maskalar taxmağa ciddi riayət olunmasını təmin edən təftiş kampaniyaları davam edəcək.

Son xəbərlər
Bütün xəbərlər »