Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Unibank şəhid Tural Məmmədovun ailəsinə evi təqdim etdi
Unibank şəhid Tural Məmmədovun ailəsinə evi təqdim etdi

Unibank öz brend strategiyasının əsas istiqamətlərindən olan korporativ sosial məsuliyyət sahəsində ölkəmizin inkişafına, vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək olan vacib layihələrin həyata keçirilməsində yaxından iştirak edir.

Böyük Vətən müharibəsi, Zəfər Günü ilə tariximizə yazılan 2020-ci ildə də Bank tərəfindən müxtəlif KSM layihələri həyata keçirilib. Bunların içərisində mənəvi baxımdan yüksək dəyər daşıyan, şəhid ailələrinə dəstəklə bağlı layihələr xüsusilə yaddaqalan olub. Bu layihələrdən biri torpaqlarımızın düşməndən azad olunması uğrunda canından keçmiş 21 yaşlı şəhidimiz Məmmədov Tural Taryel oğlunun ailə üzvlərinin Unibank tərəfindən evlə təminatıdır. Bank bu layihəni tərəfdaşları üçün ayırdığı Yeni il hədiyyəsi büdcəsi hesabına həyata keçirdiyi üçün “Unibank”ın partnyorları da bu layihədə iştirak etmiş oldu. Ev artıq ailəyə təqdim edilib. Bankın dəstəyi bununla yekunlaşmayacaq, Unibank komandası hər zaman ailənin yanında olaraq, qarşıya çıxan problemlərinin həllində dəstək olacaq.

Vətən torpağı uğrunda canından keçən hər bir şəhidimizin haqqı ödənilməzdir. Döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə dövlət başçısı tərəfindən “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan, cəmi 21 il yaşasa da həyatı, qəhrəmanlığı böyük kitablara mövzu olan şəhid Tural Məmmədovun qısa ömür yolundan bəhs edən videonu təqdim edirik:

https://youtu.be/Z0QwhwUAROY

Son xəbərlər
Bütün xəbərlər »