Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alim: “Martın ortalarından koronavirusun “Britaniya ştammı” daha çox yayılacaq”
koronavirus

“Avropa və ABŞ-da aparılan araşdırmaların nəticələrinə görə, martın ortalarından etibarən koronavirusun mutasiya olunmuş versiyasının xüsusilə “Britaniya ştammı” ön plana çıxacaq. Aşkarlanan yeni yoluxmaların yarısından çoxunun yeni ştamlara yoluxma olacağı təxmin edilir”.

Bunu Coronavac peyvəndinin üçüncü klinik sınaqlarının nəticələrinə dair mətbuat konfransında Türkiyənin Hacettepe Universitetinin professoru Murad Akova deyib. O bildirib ki, Britaniya mutasiyası hazırkı 3 ştamm arasında peyvəndin təsiri baxımından ən yaxşısıdır: “Amma bu o demək deyil ki, orijinal, yəni Uhan virusu kimi peyvəndlərdən təsirlənir. Bu virusa vaksinlər daha az təsir göstərir. Türkiyədə bununla bağlı vəziyyəti bilmirik. Araşdırmalar davam edir”.

Hacettepe Universitetin professoru Serhat Ünal isə deyib ki, Türkiyədə yayılma sürəti artan COVID-19-un “Britaniya ştammı”dır: “Bundan başqa, bir-birinə oxşayan Braziliya və Cənubi Afrika ştamları var. Peyvəndlərin bu ştamlara qarşı təsiri yoxlanılır. Türkiyədə də işlər davam edir. “Coronac” vaksini “Britaniya ştammı” ilə müqayisədə, Braziliya mutasiyasına qarşı daha az effektlidir. Peyvənd olub koronavirusun yeni ştammına yoluxanlarda bunun ölümcül olması və ya xəstəliyi daha ağır keçirməsinə dair heç bir hala rast gəlinməyib. Vaksinlərin yeni ştamlara qarşı daha az təsiri olmasının şübhəsi var, amma bu, dəqiq deyil”.(apa)

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »