Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borclara 5 ildən sonra xitam veriləcək
Milli Məclis

İcra sənədi üzrə icraata xitam verilməsinin əsasları və qaydasına dəyişiklik edilir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə icra sənədi üzrə icraata xitam veriləcək.

Qeyd edək ki, qanun layihəsi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” qanunun icrası ilə əlaqədar hazırlanıb. Belə ki, həmin qanunla məcəlləyə edilən dəyişiklikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdiyi halda, ümidsiz borclar olaraq vergi orqanları tərəfindən silinir. Qanuna təklif edilən dəyişiklik də uyğunlaşdırma xarakteri daşıyır.

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Nazirliyin əməkdaşı koronavirusdan vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »