Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zalkaliani: “Gürcüstanın Rusiya ilə ortaq iqtisadi layihələrdə iştirakını təsəvvür etmək çətindir”
David Zalkaliani

“Biz Tbilisini qonşularımız üçün dialoq platforması kimi təklif etmişik və bu istiqamətdə aktiv iştirakımızı nəzərə almaq mümkündür”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.

Nazir “3+3” platforması ilə əlaqədar bildirib ki, Gürcüstanın Rusiya ilə ortaq iqtisadi layihələrdə iştirakını təsəvvür etmək çətindir: “Bizim “3+3” platforması ilə bağlı mövqeyimiz çox aydındır. Əlbəttə ki, bölgədə davamlı sülhün bərqərar olmasına sadiq olan Türkiyəyə minnətdarıq. Bölgənin sabitliyi böyük ölçüdə həyata keçiriləcək və iqtisadi baxımdan bütün ölkələr üçün məqbul olacaq layihələrdən asılıdır, lakin bu əməkdaşlıq beynəlxalq hüququn norma və prinsiplərə hörmət çərçivəsində olmalıdır. Hər şeydən əvvəl ərazi bütövlüyü və suverenliyi nəzərdə tuturam”.

XİN başçısı qeyd edib ki, Gürcüstan ərazilərinin 20 faizinin işğalı əhəmiyyətli iqtisadi layihələrin müzakirəsini çətinləşdirir: “Bunu türkiyəli həmkarına çox açıq izah edəcəyəm”.

Onun sözlərinə görə, eyni zamanda, hökumət Gürcüstanın böyük geosiyasi münasibətlərdən kənarda qalmamalı olduğunu düşünür.(apa)

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »