Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dövlətin sahibkarlara dəstək imkanı yoxdur” - Qapanma yenidən başlayırmı…
“Dövlətin sahibkarlara dəstək imkanı yoxdur” - Qapanma yenidən başlayırmı…

Azərbaycanda 2 mart tarixində yeni yoluxmaların sayı artaraq 352 yeni nəfər təşkil edib.

Yoluxma saylarının artması səbəbi ilə artıq bir neçə məktəbin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Həmin məktəblər yaranmış vəziyyətə görə yenidən distant təhsilə keçmək məcburiyyətində qalıb.

Yoluxma hallarının artması haqlı olaraq insanlarda yenidən qapanmaların başlaması qorxusu yaradıb. Yenidən qapanmalara gediləcəyi ilə bağlı vətəndaşlar arasında söz-söhbətlər yayılsa da, hələ ki rəsmi olaraq bu barədə açıqlama yoxdur. Bəzi şayiələrə görə isə, Operativ Qərargah Novruz bayramına doğru sərt qapanmaya getmək üçün rəqəmləri şişirdir.

Qapanmalara gedilərsə, hansı problemlər yenidən üzə çıxa bilər? Sahibkarlara dövlət tərəfindən hansısa köməklik göstəriləcəkmi?

Milli Məclisin deputatı Fazil Mustafa Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, qapatma bütün hallarda vətəndaşın yoxsullaşması, köməksiz vəziyyətdə qalması deməkdir.

Fazil Mustafa Fazil Mustafa

“Mən hesab edirəm ki, bizdə bu qapanma ilə məsələ çözülməyəcək. İmkan yaratmaq lazımdır ki, insanlar işində, gücündə olsunlar. Lakin qaydalara əməl etsinlər. Bunun başqa yolu yoxdur. Qapanma indiyə qədərki  sürəcdə ilk dövrlərdə müəyyən qədər effekt verdi. Amma indi bunun effekt verməsi gözlənilmir. Dövlətin də sahibkarlara dəstək verəcək imkanı yoxdur. Belə bir vəziyyətdə özümüzü niyə aldatmalıyıq? İmkan yaratmaq lazımdır ki, insanlar qaydalara əməl edərək, fəaliyyətlərini davam etdirsinlər”.

Deputat onu da vurğulayıb ki, toyların dayanması, idman zallanın bağlanması çox sayda insana ziyan vurub.

“Bunlar adi şeylər idi və vaxtında açılmalı idi. Vaxtında açılmadığına görə, insanlar ağır vəziyyətdədir. Bunlar böyük sosial gərginlik yaradan məsələlərdir. Bu məsələlər üzərində düşünməyimiz lazımdır və daha çox insanların öz fəaliyyəti ilə özünü ayaqda tutmasına imkan tanıyan sahələr açıq saxlanmalıdır”,- deyə bildirib.

Milli Məclisin keçmiş deputatı, Ümid Partiyasının sədri İqbal Ağazadə Bizimyol.info-ya açıqlamasında bildirib ki,  qapanmaya gedilərsə, sahibkarlara dövlət tərəfindən dəstək verilməlidir.

“Biz istəyirik ki, insanlara daha çox yardımlar edilsin. Xüsusilə də yoluxmaların tüğyan etdiyi qərb ölkələrində dəstək verdikləri kimi. Amma hakimiyyət bunu edirmi? Xeyr”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »