Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tarixçi alim Dilavər Əzimli vəfat edib
Tarixçi alim Dilavər Əzimli vəfat edib

Tanınmış tarixçi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli vəfat edib.

Bizimyol.info xəbər verir ki, bu barədə mərhumun iş yoldaşları məlumat veriblər.

Bir müddət əvvəl koronavirusa yoluxaraq Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanasında müalicə olunan D.Əzimli bu gün 62 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Dilavər Mirzəkişi oğlu Əzimli 1959-cu il dekabrın 5-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub. O, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini qırmızı diploma bitirib və həmin fakültənin aspiranturasında saxlanılıb. Dilavər Əzimli 1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr nazirliyində aparıcı mütəxəssis işləyib.

1994-cü ildən 2004-cü ilə kimi Azərbaycan mətbuatında müxtəlif qəzet və jurnallarda çalışıb. 2003-cü ildən AMEA-nın Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində çalışıb, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində "Türk və Şərqi Avropa xalqları" kafedrasının müəllimi olub.

Allah rəhmət eləsin!

Son xəbərlər
Bütün xəbərlər »