Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qasparyanla Sarkisyanın telefon danışığı yayıldı - "Paşinyanı danladım"
Qasparyanla Sarkisyanın telefon danışığı yayıldı - "Paşinyanı danladım"

Ermənistanın üsyankar baş qərargah rəisi Onik Qasparyanın sabiq Ermənistan prezidenti Serj Sarkisyanla telefon danışığının məzmunu yayılıb.

Unikal.org xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.

Telefon danışığının ötən ilin dekabrında baş tutduğu bildirilib. Qəzetdəki materialdan məlum olur ki, O.Qasparyan S.Sarkisyana müharibə zamanı baş nazir Nikol Paşinyanı danladığını və təhqir etdiyini deyib.

"Paşinyanı möhkəm danladım. Ona dedim ki, mən sənə xidmət etmirəm. Baş nazir kimi sənin qulluqçun deyiləm", - deyə Qasparyan keçmiş prezidentə Paşinyanla söhbəti haqqında danışıb.

"Hraparak" tezliklə telefon danışığının səs yazısını da yayacağını anons edib.

Son xəbərlər
Bütün xəbərlər »