Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlon Mask öz şəhərini yaradır
İlon Mask öz şəhərini yaradır

Amerikalı iş adamı, Tesla və  SpaseX  şirkətlərinin yaradıcısı İlon Mask Texas ştatında yeni şəhər salacağını bəyan edib. Bizimyol.info  xəbər verir ki, öz Twitter akkauntundakı paylaşımları ilə dünya birjalarını alt – üst edən İlon Mask şəhərinin adını fantastik filmdə olduğu kimi Starbeyz adlandıracağını bildirib.

Onun sözlərinə görə, şəhərin ərazisi  SpaseX kosmodromunun yerləşdiyi Boka Çika kəndinin ərazisindən  qat- qat böyük olacaq. Şəhərdə itlərə xüsusi qayğı göstəriləcək, şəhər merinə “doja” titulu veriləcək.

Ötən il Koliforniyadan Texasa gələn Mask Kaliforniya hakimiyyətinin iş adamlarına olan münasibətini tənqid edib.Məhz buna görə, Kaliforniya bir çox iş adamlarını və zavodların fəaliyyətini itirib. Kaliforniyada yüksək gəlir vergisi mövcud olduğuna görə, milyarder öz işlərini Texasda qurmağı planlaşdırıb.Bununla o milyard dollarlarla qənaət edəcəyini vurğulayıb.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »