Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda doğulanların pasportuna Azərbaycan yazılmasına Ermənistan DİN-dən açıqlama
Qarabağda doğulanların pasportuna Azərbaycan yazılmasına Ermənistan DİN-dən açıqlama

Yerevanın Ağsaqqallar Şurasının "Mənim addımım” fraksiyasından olan keçmiş üzvü Arsen Karapetyan sosial şəbəkədəki paylaşımı həm öz ölkəsində, həm Azərbaycanda diqqət çəkib.

Qarabağda doğulan hazırkı Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə "Azərbaycan” yazılmağa başlanıb. Halbuki bu vaxta qədər onlara yeni passport veriləndə doğum yeri kimi “qondarma respublika”nın adı qeyd olunurdu.

Karapetyan qeyd edib ki, 80-ci illərin ortalarında Mardakertdə (Ağdərədə - red.) anadan olmuş dostu illərlə Rusiyada yaşadıqdan sonra Ermənistan vətəndaşlığı almaq  üçün gəlib, lakin onun pasportunda doğum yeri Azərbaycan Respublikası  göstərilib.

Ermənistan DİN-in pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan məsələni aydınlaşdırmaq  üçün bildirib ki, əvvəl onların doğum yeri "Artsax" kimi qeyd olunurdu , lakin səyahətin rahatlşaması üçün pasportlarda kim hansı ölkənin ərazisində anadan olubsa, ora göstərilir.  “Bir insan keçmiş SSRİ-nin hər hansı ölkəsində anadan olubsa, onun doğulduğu yer ölkənin indiki adı ilə pasporta yazılır”.

Bir çox ekspertlər hesab edirlər ki, “qondarma respublika" dünya birliyi tərəfindən tanınmadığına görə, onların doğulduqları yeri Azərbaycan olaraq göstərməyə başlayıblar. Lakin ikinci bir məqam da mümkündür. Bu da ondan ibarətdir ki, bu yolla Qarabağda süni şəkildə öz saylarını artırmaq istəyində ola bilərlər. Buna görə də “Azərbaycan doğumlu” olaraq vətəndaşlıq alırlar.

Zəngəzurdan görüntü (Gorus) Zəngəzurdan görüntü (Gorus)

Qanuna görə, Sovet vaxtı doğulmuş vətəndaşların hamısının pasportunda doğulduğu ölkənin adı qeyd edilir. Bizdə də o zamankı Ermənistan SSR-də doğulanlara doğulduğu yer olaraq Ermənistan yazılır.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »