Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan nefti ucuzlaşır
Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 2-də 64,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,41 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,39 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,78 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,06 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,57 dollar/barel azdır.

Son xəbərlər
Bütün xəbərlər »