2020-ci ildə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 14,632 milyon ton yük daşıyıb ki, bu da 2019-cu ilə nisbətən 3,8% azdır.
Bizimyol.info xəbər verir ki, bu barədə QSC-dən verilən məlumatda bildirilib.
Qeyd olunur ki, yük daşımalarının 7,683 milyon tonu və yaxud 52,5%-i beynəlxalq (idxal-ixrac) daşımalar olub. Bu, illik müqayisədə 5,5% azdır.
Hesabat dövründə tranzit yük daşımları 8,85% artaraq 4,131 milyon ton, daxili yük daşımaları isə 14,6% azalaraq 2,187 milyon ton təşkil edib.