Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yerevanda müxalifətin çadır düşərgəsində silahlı şəxs saxlanıldı
İrəvanda Respublika meydanında mitinq

Ermənistanın paytaxtı Yerevanda parlamentin binası qarşısında müxalifətin qurduğu çadır düşərgəsində üzərində bıçaq olan sərxoş kişi saxlanılıb.

Bu barədə “Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, axşam saatlarında müxalifət tərəfdarları parlamentin binası qarşısına toplaşıb.

Çadırlardan birinə gözlənilmədən bıçaqla silahlanmış sərxoş kişi girib. Ancaq müxalifətçilər onu çadırdan itələyib çıxarıblar və polis əməkdaşlarına təhvil veriblər.

Silahlı şəxs saxlanılıb, təhqiqat aparılır.

Xatırladaq ki, artıq bir neçə gündür Yerevanda iqtidar əleyhinə etiraz aksiyaları keçirir. Bir sıra müxalifətçilər çadır quraraq, parlamentin binası qarşısında gecələyirlər.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »