Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: "Bəzi oyunlarda çətinlik çəkirik"
Qurban Qurbanov

"Pis oyun alınmadı. Temp sonadək düşmədi. "Qəbələ" məğlub olsa da, öz oyun intizamını qorudu. Futbolçularımdan razı qaldım. Bəzi oyunlarda çətinlik çəkirik. Artıq bu görüşü unutmalıyıq".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Qəbələ"ni hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XVII turunun oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, bəzən uduzulan oyunlar komandanın xeyrinə olur: "Amma "Neftçi" ilə matçadək 3 oyun keçirmişdik və məhsuldarlığımız pis deyildi. Derbilərdə bəzi hallar olur ki, futbolçulara pis təsir edir. İstənilən məğlubiyyətdən dərs çıxarmaq lazımdır".

Qurbanov penalti zərbəsini yerinə yetirəcək futbolçunu əvvəlcədən müəyyənləşdirdiyini söyləyib: "Paltardəyişmə otağında yazılı formada göstərilib ki, penalti olsa, kim vuracaq".

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Nazirliyin əməkdaşı koronavirusdan vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »