Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto

Türkiyədə valideyn cinayəti gündəmi zəbt edib. Zonquldakın Çaycuma ilçəsində ata oğlunu qurban kəsib.

Bizimyol.info xəbər verir ki, tibb sektorunda çalışan Yusuf A. 16 yaşlı övladının başını bədənindən ayırmağa çalışıb. 42 yaşlı ata oğlunu meşəyə aparıb. Orada A.-ya onu Allah yolunda qurban kəsəcəyini deyib.

“Oğlumu maşına mindirəndə məqsədimi dedim. Qəbul etdi. Hadisə yerinə getdik. Qəssabxanadan aldığım bıçağı çıxardım. Oğlumu önümdə oturtdum. Boynundan kəsdim. Üstünə paltosunu atdım. Polis bölməsinə gedərək oğlumu öldürdüyümü dedim. Peşman deyiləm. Allah yolunda belə addım atdım”.

Yusuf A. dərhal həbs olunub. Polis cinayət haqda məlumat alan kimi hadisə yerinə tələsib. Yeniyetməni qan içində tapıblar. A. xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.

Çaycuma Dövlət Xəstəxanasında işləyən Yusuf A. bir gün əvvəl intihara cəhd etdiyini bildirib. Boynuna keçirdiyi qalstuk qırılıb, sui-qəsd baş tutmayıb. Yusuf A. iddia edib ki, bundan sonra gecə yuxuda oğlunun qurban kəsilməsinin istənildiyini görüb. Ata oyanan kimi cinayəti həyata keçirmək qərarına gəlib.

Türkiyədə oğlunu qurban kəsən ata

Oğlunu qurban kəsmək təcrübəsi İbrahim peyğəmbərdən qalıb. Eramızdan əvvəl ikinci minillikdə yaşadığı ehtimal olunan Allahın elçisi Mina dağında İsmayılın başını kəsmək istəyib. Rəvayətə görə, bu zaman yerə qoç göndərilib, beləcə, oğlunu qurban vermək lazım gəlməyib.

Son xəbərlər
Bütün xəbərlər »