Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna prezidenti koronavirusa qarşı vaksinasiya olunub
Ukrayna prezidenti koronavirusa qarşı vaksinasiya olunub

Ukraynanın prezidenti Vladimir Zelenski koronavirusa qarşı vaksinasiya olunub.

“Report” xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Bildirilib ki, Vladimir Zelenski Donbasa münaqişə zonasına səfəri zamanı bunu edib. O, peyvənd olunması ilə bağlı fotosunu tvitter səhifəsində paylaşıb.

Ukraynanın səhiyyə naziri Maksim Stepanov Vladimir Zelenskinin nümayişkaranə peyvənd olunmasını sifariş edilən “AstraZeneca” vaksininin keyfiyyətini ukraynalılara göstərməyə cəhd olduğunu bildirib.

Qeyd edək ki, fevralın 22-də Ukraynanın Səhiyyə Nazirliyi “Pxford” və “AstraZeneca” şirkətlərinin hazırladığı vaksinləri qeydə alıb.

Fevralın 24-dən Ukraynada tibb işçilərinin vaksinasiyası başlayıb.

Son xəbərlər
Bütün xəbərlər »