Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın Qarabağdakı hərbi uğuru Almaniyada ixtilafın nifaq almasına çevrilib
Azərbaycanın Qarabağdakı hərbi uğuru Almaniyada ixtilafın nifaq almasına çevrilib

Almaniya Silahlı Qüvvələrinin katolik hərbi yepiskopu Frans-İosif Overbek Bundesverin texniki təchizatını tənqid atəşinə tutub və bu baxt İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun pilotsuz uçuş aparatlarından uğurlu istifadə təcrübəsinə istinad edib.

Virtualaz.org bildirir ki, bu barədə Domradio.de. məlumat yayıb.

"Bundesverə mümkün hərbi əməliyyatlarda qətiyyət, həmçinin əsgərlərin təhlükəsizliyini möhkəmləndirən və onların fəaliyyətinin səmərəliliyini dəstəkləyən vasitələr lazımdır", - deyə hərbi yepiskop bildirib.

Franz-İosif Overbek xatırladıb ki, Bundesver uzun illərdir lazımi avadanlıq və silah almır. Overbek, Berlin hökumət koalisiyasının Bundesver üçün pilotsuz uçan aparatlarının alınması ilə bağlı davam edən müzakirələrini də şərh edib.

"Təəssüf ki, bu məsələ ilə bağlı diskussiya artıq ixtilafın siyasi almasına çevrilir", - deyə o qeyd edib.

Hərbi yepiskop bəyanatında, həmçinin pilotsuz zərbə təyyarələrinin imkanlarından prinsipial narahatlıq ifadə edib.

"Ola bilsin ki, biz yeni hərbi vasitələrdən istifadə baxımından dönüş mərhələsindəyik", - deyə katolik hərbi yepiskop bu yaxınlarda Qarabağda Ermənistanla Azərbaycan arasında baş vermiş müharibədə Azərbaycan Ordusunun zərbəçi pilotsuz uçan aparatlardan və baraj edən döyüş sursatlarından kütləvi şəkildə istifadə etdiyini nəzərdə tutaraq bildirib.

“Bununla belə, etik baxımdan insanın iştirakı olmadan uzunmüddətli müharibə olmamalıdır. Heç bir halda belə olmamalıdır. İndiyə qədər bildiyimiz vasitələrdən başqa digər mübarizə vasitələrindən istifadə edənlərin həmişə şəxsi məsuliyyəti olmalıdır”, - deyə Bundesverin katolik piskoposu zərbəçi dronlardan istifadə edilməsindən danışarkən bildirib.

Katolik yepiskop, həmçinin siyasətçiləri müsəlman əsgərlər üçün pastoral xidmət göstərməyə çağırıb.

"Onlar Bundesverin xristian və ya yəhudi hərbi qulluqçuları kimi eyni mənəvi müşayiət hüququna malik olmalıdırlar və dini azadlıqdan istifadə etməlidirlər", - deyə yepiskop vurğulayıb.

Xatırladaq ki, 56 yaşlı Frans-İosif Overbek 2011-ci ilin fevralında Bundesverin katolik hərbi yepiskopu təyin edilib.

Son xəbərlər
Bütün xəbərlər »