Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml: AŞPA-nın fəaliyyəti Rusiyasız natamamdır
Dmitriy Peskov

“Rusiya olmadan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) fəaliyyəti natamamdır”.

“Vesti.ru” saytının verdiyi xəbərə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov rusiyalı parlamentarilərin fikirlərinə münasibət bildirərkən deyib.

O bildirib ki, V.Putin də Rusiyanın AŞPA-dakı nümayəndələrinin bu barədə söylədikləri ilə şərikdir.

D. Peskovun sözlərinə görə, Rusiya AŞPA-da daxil olmaqla, Avropanın bütün strukturlarının fəaliyyətində iştirak etməyə hazırdır. Bununla belə o, ölkənin bu iştirakla bağlı mövqeyinə yenidən baxıla biləcəyini də istisna etməyib.

Qeyd edək ki, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev ötən gün qatıldığı tədbirdə ölkəsinin AŞPA-dakı nümayəndələrinin qurumun nizamnaməsinə uyğun fəaliyyət göstərməyə hazır olduqlarını bəyan edib. Qurumun nizamnaməsinə toxunan K. Kosaçyov bildirib ki, sənəddə insan hüquq və azadlıqlarının müdafiəsinin əsas vəzifə kimi müəyyən edilməyib. Onun sözlərinə görə, AŞPA-nın fəaliyyət istiqamətləri ilk növbədə ölkələr arasında sosial-iqtisadi sahədə əməkdaşlıq mühitinin formalaşdırılması və möhkəmləndirilməsindən ibarətdir.(apa)

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Türk dövlətlərinin ortaq dili nə olmalıdır...
Son xəbərlər
Bütün xəbərlər »